PSJ klubunun hələ də Kilian Mbappe ilə müqaviləsi var.

Offsideplus.az xəbər verir ki, fransız forvardın imic haqları hələ də Paris təmsilçisinə məxsusdur, bu səbəbdən "Kral klubu" futbolçunun transfer elanını "səs-küysüz" etməyə çalışıb. Mbappenin PSJ ilə sözləşməsi 30 iyun tarixində bitəcək. Bu barədə "Relevo" nəşri məlumat yayıb. 

Qeyd edək ki, 25 yaşlı hücumçu "Real Madrid" ilə 5 illik müqavilə bağlayıb. İmza haqqının 100 milyon avro olduğu bildirilir.